Autoimmun hepatit nədir, hansı formaları var?
Autoimmun hepatit xroniki gedişli bir xəstəlik olub müalicə olunmadıqda xroniki qaraciyər zədələnməsi, sirroz, qaraciyər çatışmazlığı və ölümə gətirib çıxarır. Xəstəlik hər yaşda, daha çox qadınlarda görülür. Xəstəliyin bir qismində simptomsuz başlanır, bəzən sağ qabırğa altında ağrılar, sarılıq, ürək bulanma, qusma, qaşıntı kimi əlamətlər verə bilir. Bəzənsə kəskin başlanır, bu ya xroniki prosesin kəskinləşməsidir ya da kəskin başlanğıcdır. Uşaqlarda daha çox kəskin başlanır. Bu zaman qanda başlanğıcda immunoqlobulin normal olur, antiteller aşkarlanmır. Xəstəlik üçün xarakterik diaqnoz qanda antitellər aşkarlanması və qaraciyər biopsiyasıdır. Bu antitellər İFA və ELİSA üsulu ilə təyin olunur.
Xəstəliyin 3 tipi vardır:
- OİH-1 daha çox rast gəlinir.Qanda ANA,ASMA aşkarlanır.Hər yaşda olur,uzunmüddətli müalicə tələb edir.
- OİH-2 az rast gəlinir.Qanda ANTİ-LKM1,ANTİ-LC1 aşkarlanır.
- OİH-3 Qanda SLA/LP aşkarlanır.
Qaraciyər biopsiyasınin məqsədi qaraciyərdə olan dəyişikliklər, plazma hüceyrələrində infiltrasiya, interfaz hepatit, fibrozu təyin etməkdir . Bu zaman həm də Autoimun hepatitlə viral,toksiki hepatiti eləcə də xolestatik qaraciyər xəstəliklərini fərqləndirmək mümkündür.
Qanda antitellerdən başqa İgG və aminotransferazalar, qələvi fosfotaza, QQT, bilirubinin miqdarı yüksəlir. Bəzən xəstədə sarılıq müşahidə olunur ki bu qaraciyər daxili öd yollarının zədələnməsini göstərir. Xəstəlik vaxtında müalicə olunmadıqda sirroz və xərçənqlə nəticələnir. Xüsusən Autoimun hepatitli xəstələrin 20 %-nin anamnezində paralel gedən başqa bir autoimmun xəstəliklər aşkar olunur: Haşimoto tireoditi, bağırsağın iltihabi xəstəlikləri, revmatoid artrit və s.
Xəstəliyin müalicəsi kortikosteroid və imunosupressiv terapiyaya əsaslanır. Müalicə ən azı 3 il davam edir. Müalicə müddətində qanda transaminazalar və immunoqlobulin G –nin miqdarına nəzarət edilir. Son iki ildə qan göstəriciləri normaldırsa müalicə kəsilir. Xəstəlik remissiya verdikdə müalicə kəsilmədən qaraciyər biopsiyası götürülür. Əgər patalogiya aşkarlansa müalicə davam etdirilir.
Müalicə nəticə vermədikdə son çarə olaraq qaraciyər transplantasiyası olunur. Bu daha çox qaraciyər çatışmamazlığı ilə nəticələnən , xərçəng formalaşan xəstələrdə aparılır. Bu xəstənın 5 illik yaşam müddətini 80 % artırır.
Bunlar baş verməsin deyə yuxarıdaki əlamətləri özündə hiss edən hər kəs vaxtında həkimə müraciət etməli,analizlər verməli və müalicə olunmalıdır.