Hepatit B-yə qarşı peyvənd

Hepatit B –yə qarşı peyvənd 1981=ci ildə ilk dəfə FDA tərəfindən qəbul edilir.Lakin peyvənd plazma tərkibli olduğundan həm baha başa gəlir,həm də çətin hazırlanır.Onun yerini genetik mühəndislik əsasında hazırlanan rekombinat peyvənd tutur,hansı ki bu gün də tətbiq olunur.Bu peyvəndlər rekombinat DNT texnologiyası ilə hazırlanmış major səthi antigen tərkiblidir.Bunlar infeksion tərkibli olmadiğından daha təhlükəsizdir.

Peyvənd 0,1,6.aylarda tək doz şəklində vurulur.Daha sürətli immun cavab almaq üçün 0,1,2,12 aylarda vurulur.Peyvənd bəzən 0,1,12.aylarda da vurula bilir.Amma birinci variant daha çox tətbiq edilir.Peyvəndlər arasındakı müddət uzansa qaldığı yerdən davam edilməlidir,təkrar başlamağa ehtiyac yoxdur.

Dozaya gəldikdə böyüklərə 1ml,uşaqlara 0,5 ml vurulur.Bu peyvəndin tərkibində virusun ölü və ya canlı heç bir ştammı olmadığından hamilə qadınlara və yeni doğulmuşlara vurula bilir.Yeni doğulmuşlara ilk doza xəstəxanada sonraki dozlar 6 və 12.aylarda poliklinikada ya tek tek ya da digər peyvəndlərlə birgə vurulur.Müəyyən edilmişdir ki,uşaq yeni doğulan kimi vurulsa daha tez antitel formalaşır.Yarımçıq doğulmuşlarda ilk doz vurulduqdan sonra 1 aylığında təkrar 3 dozluq peyvənd sıralaması edilir.

Son illərdə edilən araşdırmalara görə diabetik xəstər bu peyvəndi mütləq  etməlidir,qan şəkərləri tez tez ölçüldüyü üçün.Xroniki böyrək çatışmazlığı olan xəstələrdə daha zəif immun cavab yarandığından 2 doza vurulur.HİV pozitiv xəstələrə də 2 doza birdən vurulur,çünki antitel ya əmələ gəlmir ya da zəif yaranır.

Qıcıqlanmış bağırsaq sindromunda yüksək immun cavab onda olur ki,xəstə ya gəncdir,ya xəstəlik remissiya halındadır ,ya da immunsupressiv müalicə qəbul etmir.Əks halda yaranmayacaq.

Peyvənddən əvvəl qanda nələr yoxlanılır:

1.Anti HBs

2.Anti HBc İG g

Peyvənddən 1 ay sonra Anti Hbs yoxlanılır.Əgər onun titri 10ml üstünde olsa bu normaldır,sonra azalsa belə Hepatit B-yə qarşı qoruyuculuğu uzun müddət təmin edir.Əgər titr 10ml-dən az olsa təkrar aralıqlarla 3 dozda vurulur.