Hepatit B daşıyıcısı nədir?

Hepatit B virusunun daşıyıcısı kimlərdir. Hepatit B virusu Hepatit C virusundan fərqli olaraq özünü 2 şəkildə göstərir.Müalicə olunanlar və müalicə olunmadan nəzarət olunanlar. Müalicə olunmayanlar ildə bir neçə dəfə müəyyən müayinələrdən keçərək təqib edilir.

Hepatit B virusuna yoluxanlar həmişə xəstə olmurlar. Virusa yoluxmuş orqanizmin immun reaktivliyi yüksək olduqda virusun remissiyası baş verir bu zaman virusun kəmiyyətcə azalması İnaktiv daşıyıcılığa gətirib çıxarır.

Ümumən Hbe Ag –nin pozitiv olduğu yüksək HBV DNT və ALT göstəricilər ilə xarakterizə olunan İmmunklirens dövrün sonunda güclü immun cavab nəticəsində HBV-DNT kəmiyyətcə enir,ALT normallaşır,Hbe Ag neqativləşir və Anti Hbe yaranır.Bu xəstələrin çoxu inaktiv daşıyıciya çevrilir.

İnaktiv daşıyıcıliqda Əsas göstəricilər aşağıdakılardır:

  1. HBV-DNT<2000
  2. HbsAg 6 aydan çox pozitiv <1000
  3. ALT normal(3 aydan bir nəzarət)
  4. Histoloji olaraq qaraciyər normaldır
  5. Hbe Ag neqativ,Anti Hbe pozitiv

Müalicə olunmur. Diaqnoz qoyulduqdan sonra 3 aydan bir HBV-DNT və ALT-nin miqdarına nəzarət olunur.Yanaşı olaraq qan ümumi,AST,fetoptotein,PT-İNR yoxlanılır.ÜST Abdominal USM edilir,lazım gələrsə elastometriya edilir.

İnaktiv daşıyıcı olan şəxslərdə proqnoz uzun illər yaxşıdır,ALT normal,HBV-DNT minimal həddədir.Lakin nəzarətsiz qaldıqda xəstəliyə keçə bilər,hətta sirroz və HSK ilə nəticələna bilər.Buna görə 6-12 aydan bir aralıqlarla baxılmalıdır.Əgər ALT yüksəkdirsə,qaraciyər biopsiya olunmalıdır.HBV-DNT yüksələrsə sirroz və HSK riski yüksək olduğundan antiviral müalicə başlanır və qaraciyər biopsiya olunmalıdır.

Hamilələrdə 1.trimestrdə Hbe Ag yoxlanılır,HBs Ag pozitiv olarsa 24-28.həftəsində HBV-DNt- yə baxılır.Göstəricilər yüksək olarsa antiviral müalicə başlanılır.HBs Ag pozitiv anadan dünyaya gələn yenidoğulmuşa ilk 12 saat içində Hepatit B peyvəndi və Hepatit b immunoqlobulini vurulur.Yenidoğulmuş ana südü yeyə bilər.