Qaraciyər sirrozu nədir?

Sirroz-fransız həkimi tərəfindən elmə daxil olub.Sirroz sözünün mənası sarı-turuncu rəng deməkdir.Sirroz qaraciyərin patalogiyası olub,qaraciyərdə birləşdirici toxumanın üstünlüyü ilə gedir,bu zaman qan damar strukturu pozulur nəticədə portal hipertenziyanın yaranması ilə nəticələnir.Sirroza səbəb uzun cəkən bir xroniki xəstəlik olduğu kimi  bəzən səssiz geden ağır xəstəlik də ola bilər.Bunlara virus hepatitləri,autoimmun hepatit,toksiki hepatit,öd daşı,sklerozlaşdırıcı xolangit,hepatosteatoz və s.kimi qaraciyər xəstəlikləri aiddir.Bəzən bir neçə həftəyə bəzənsa bir neçə ilə yaranır.Sirroz geri dönməyən prosesdir.

Klinikası:kompensasiya və dekompensasiya olmaqla 2 cür olur.Assit-qarın boşluğunda mayenin yığılması,sarıliq,ensefalopatiya,varikoz qanaxma kimi ağırlaşmalar dekompensasiyanı göstərir.Bu zaman qanda albumin,bilrubin,

kreatinin,PT-İNR yoxlanılır.

Sirrozlu xəstələrin ən şox rast gəlinən dekompensasiya şəkli assitdir.Buna görə USM müayinəsində qaraciyərin vəziyyətinə baxıldıqda mütləq duqlas boşluğunda mayenin olub olmadığına da nəzarət etmək lazımdır.Varsa miqdarına və tərkibinə əsasən sinifləndirmə aparılır.Miqdarı artdıqda qarında şişkinlik,gərginlik kənardan nəzərə çarpır.1.mərhələdə duzsuz pəhriz .2.də pəhriz yanaşı olaraq diuretiklər.3.də parasentez(5litrin üstündə)daha sonra pehriz və diuretik təyin olunur.Parasentezdən sonra hər litrə 6-8 qr albumin verilir.

Müalicəyə tabe olmayan hallarda assitə oliquriya və anuriya da qoşulur.Nəticədə böyrək çatışmazlığı yaranır.Buna hepatorenal sindrom deyilir.

Bu zaman qanda kreatinin yüksəlir.

Assitə infeksiyanın qoşulması zamanı peritonit yaranır ki,qızdırma,qarın ağrısı,

Ensefalopatiya prosesə qoşulur.

Yuxaridakılardan da başa düşdük ki,vaxtında ilk əlamətlər olduqda həkimə müraciət olunmalıdır.