Ən çox verilən suallar
Bəli, hal-hazırda bu xəstəlik antivirus preparatları ilə müəyyən sxemlər əsasında müalicə olunur. Yoluxma yolları əsasən qanla, cinsi yolla, ana bətnində, tibbi alətlər və digər bioloji müayinələrlə baş verir.
Sirroz müxtəlif səbəblərdən qaraciyərin ölçülərinin kiçildilməsi və bərkiməsidir. Səbəbləri müxtəlifdir. Bunlara virus və autoimmun hepatitlər, digər infeksiyalar, spirtli içkilər, narkotik vasitələr, müxtəlif toksiki dərman preparatları, qaraciyər yağlanması, öd yollarının iltihabı və mexaniki tutulması və digər səbəblər aiddir. Geridönməz prosesdir, amma fəsadlarını aradan qaldırmaq mümkündür. Bunun üçün fibrozun dərəcəsini təyin etmək, daha sonra lazımi analizləri vermək və müalicə etmək lazımdır.
Autoimmun hepatit orqanizmin immun sistemi tərəfindən qaraciyər hüceyrələrinə qarşı antitellərin hazırlanması və nəticədə qaraciyərin iltihablanmasıdır. Səbəb bəlli deyil, diaqnozu qanda xüsusi autoimmun antitellərin təyini və qaraciyər punksiyası vasitəsilə olur. Uzunmüddətli steroidlər ilə müalicə aparılır. Effekt verməsə, transplantasiya icra olunur.
Başda hepatit olmaqla, qaraciyər yağlanması, sirroz, xərçəng kimi hallarda qaraciyərdə zədələnməni təyin etmək və biopsiya götürmək üçün tətbiq olunur. Götürülən kütlənin xarakteri təyin olunur. Yerli anesteziya ilə edilir, şübhəli zonaya iynə daxil edilir. Material götürülür və laboratoriyaya göndərilir. Proses 15 dəqiqə çəkir.
Elastometriya fibrozun və steatozun dərəcəsini təyin etmək üçün istifadə olunur. Heç bir anesteziyadan istifadə olunmadan diaqnozun təyinində böyük rol oynayır.
Bruselyoz zoonoz mənşəli infeksion xəstəlik olub, xəstəlik heyvandan insana xəstə heyvan südündən və ətindən çiy və yetərincə bişməmiş istifadə etdikdə, heyvan tükünə toxunduqda, həmin heyvanın dərisindən hazırlanmış geyimlərdən istifadə etdikdə baş verir. Xəstəliyin geniş yayılmasının səbəbləri südün, ətin düzgün şəkildə paterizə olunmaması, gigiyenik qaydalara əməl olunmamasıdır. Xəstəliyin qarşısını almaq üçün xəstə heyvanlar tapılmalı, məhsulları zərərsizləşdirilməli, xəstə heyvanlarla işləyənlər vaksinasiya olunmalıdırlar.
Qrip vaxtında müalicə olunmadıqda böyüklərdə pnevmaniya, sinusit, plevrit, otit kimi ağırlaşmalar verir. Körpə uşaqlarda daha çox infeksion toksiki şok verə bilər. Buna görə vaxtında müdaxilə olunmalıdır.