
Hepatit A nədir və hansı əlamətlərlə özünü göstərir?
Hepatit A
Hepatit A zamanı qaraciyərin Hepatit A virusu vasitəsilə iltihablaşması baş verir. Yoluxma virusla çirklənmiş qida və suyun qəbulu, əllərin ağızla təması ilə baş verir. Yoluxma insandan insana da eyni qabdan və ya qaşıqdan istifadə etdikdə, uşaqların eyni oyuncaqlarla oynadıqda və s. hallarda baş verir.
Mədə-bağırsaq əlamətləri arasında qarın ağrısı, ishal və ya qəbizlik, ürək bulanması, qusma, sağ qabırğa altında ağrı və ən əsas da sarılıq baş verir. Bəzən bədən temperaturu da yüksələ bilir.
Müalicə zamanı bol maye qəbulu, pəhriz, istirahət və dərman müalicəsi ilə bir neçə günə tam sağalma mümkündür. Hepatit A virusuna qarşı peyvənd yaxşı effekt verir.
Bu yazını yaxınlarınızla paylaşın: