Hepatit C nədir? Diaqnozu və müalicəsi
Dünyada hal-hazırda 71milyona yaxın insan Hepatit C-yə yoluxmaqdadır.Yoluxma parentral(qan və qan vasitələri ilə),cinsi,transplasentar(anadan dölə)yolla başqa narkomanlarda ortaq şprisdən istifadə zamanı keçə bilir.Ümumən gigiyenik qaydalara əməl olunmayan gözəllik salonları,bərbərxanalar,diş kabinetləri və cərrahi əməliyyatlar zamanı düzgün sterilizə edilməmiş alətlər əsas təhlükə mənbəyi sayılır.Hepatit c virusunda daşıyıcılıq yoxdur,virus 20 % halda bədənə daxil olduqdan sonra hec bir xəstəlik yaratmadan spontan olaraq sağala bildiyi halda,80% halda isə gizli şəkildə inkişaf edib xroniki hepatitlə nəticələnir ki,Hepatit c xəstələri bu xəstəliyi təsadüfən qandan analiz verdikdə öyrənirlər.Bundan sonra müalicə üçün həkimə müraciət edirlər.Vaxtında müalicə olunmayan virus böyük bir qisimdə sirroz və hepatosellülar karsinoma ilə nəticələnir.
Hepatit C virusuna qarşı B-dən fərqli olaraq peyvənd yoxdur. Çünki RNT terkibli virus olduğuna görə yüksək mutasiya və kanserogen xüsusiyyətə malikdir.
Hepatit C virusunun inkubasiya dövrü ,yəni bədənə daxil olduqdan ilk əlamətlər fomalaşana qədər keçən dövr 6-7 həftə çəkir.Ondan sonra bəzən heç bir kliniki əlamət vermeyib təsadüfən aşkarlanır,bəzənsə qripəbənzər əlamətlər,halsızlıq,ürəkbulanma,yüngül sarılıq verə bilir.Lakin bu əlamətlər kəskin dövrə xas olub öz-özünə keçib gedir deyə xəstə buna diqqət yetirmir.Bəzi hallarda isə xəstəlik xronikiləşir və müayinələr zamanı qaraciyər və dalaqda böyümə,qaraciyərdə fibroz hətta gecikmiş halda sirroz və assit ortaya çıxır.Vaxtinda müalicə olunmayan hepatit c virusu yüksək kanserogen xüsusiyyətinə görə qaraciyər xərçəngi ilə nəticələnir.
Beləliklə Anti-HCV pozitiv olan xəstədən anamnez toplamaq əsasdır ki,son nə zaman cərrahi əməliyyat,diş müayinəsi olunub və ya manikür,pedikür,döymə kimi prosedurlar elətdirib.Hepatit C ilk olaraq Anti-HCV İFA ilə təyin olunur,əgər pozitiv olsa PCR ilə onun RNT-si yoxlanılır.Belelikle virusun yükü də təyin olunduqdan sonra artıq müalicəyə başlanılır.
Hepatit c virusunun müalicəsindən danişsaq,son illərə qədər hepatit c-yə çarəsiz xəstəlik kimi baxilsa da artıq vaxtında aparılan düzgün müalicə sayəsinda virus tam şəkildə qandan təmizlənir.Müalicə bir neçə ay ərzində aparılır və tam neqativ nəticə əldə olunur.Bundan sonra ildə 2dəfə aparılan rutin müayinələrlə pasientin vəziyyətinə nəzarət olunur.