
Peyvənd nədir?
Son günlər ən çox müzakirə olunan mövzulardan biri koronavirusun yayılmasının qarşısını almaqda istifadə olunan peyvəndlərdir.Gəlin bu haqda danışaq. Biz peyvənd dedikdə gözümüzün qarşısına sadə,primitiv üsulla hazırlanan preparat gəlir ki,bu zaman zəiflədilmiş virus və ya mikrob ştammı inyeksiya şəklində orqanizmə yeridilir,bir müddət sonra ona qarşı yaranan antitellər sayəsində insan bu xəstəliyi yüngül keçirir.İnyeksiya yerində yüngül bir qızartı,şişkinlik, ağrı yarana bilər,bundan başqa ümumi bir halsızlıq,baş ağrı ola bilər ki,bunlar bir neçə gün davam etsə belə bu normal haldır.Çünki,bu orqanizmin immunitetinin aktiv olduğunu,qanda antitellərin əmələ gəldiyi göstərir.
Bundan basqa hal hazırda koronavirus epidemiyası zamanı məhşurlaşan ,gen mühəndisliyi əsasında hazırlanan peyvəndlər var ki,onun da əsasını virusun tac çıxıntısını təşkil edən spike proteinlərinin M-RNT-sinin müəyyən parçası alınır,sintetik şəkildə kopyalanır və orqanizmə yeridilir.Bundan sonra orqanizmin immun sistem hüceyrələri tərəfindən həmən M-RNT-si əsasında spike proteinləri sintez olunur ki,nəticədə orqanizm onlara qarşı antitel yaradir və peyvənd öz təsirini həyata keçirir.Bir də “SPUTNİK” və “OXFORD” peyvəndləri var ki,onlar da gen mühəndisliyi əsasında alınır,fərqi oldur ki,burda zəiflədilmiş virusun içərisinə korona virusun genetik hissəsi daxil edilir,bundan sonra orqanizmə yeridilir və orqanizm tərəfindən ona qarşı antitellər əmələ gəlir.
Müqayisə etsək bu peyvəndləri görərik ki,standart üsulla hazırlanan peyvəndlər saxlanma şəraitinə görə daha uzunmüddətlidir,məsəlan “SİNOVAC” peyvendini -8 dərəcədə 3 il saxlamaq olar.Amma müasir gen yolu ilə alınan ,məsələn “MODERNA” -20 dərəcədə 30 gün,digərlərini uyğun temperaturda 6 aya qədər saxlamaq olar.Burda önəmli olan istehsal tarixindən inyeksiya olunan müddətə qədər düzgün qonunmadır.Digər tərəfdən ikinci yolla alınan peyvəndlər daha bahalıdır.Bunları birləşdirən əsas cəhət odur ki,2 doza halında vurulur.Birinci dozadan 14-21 gün sonra ikinci doza yeridilir.Səbəb birinci dozadan sonra qanda yaranan antitellərin səviyyəsi enməsin deyə davamı vurulur və ikinci dozadan sonra maksimum səviyyəyə çatır.Beləliklə peyvənd öz işini görür.Digər tərəfdən peyvənddən öncə qanda antitel varmi yoxmu ona baxılmalidir. Nəzarə alsaq ki hal hazirda üstünlük “SİNOVAC”peyvəndinə verilir,bu da onun üstün cəhətlərinə görədir.