Sosial təcridin həyatımızda rolu
Dünyada, əsasən də ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər sayəsində həm yoluxma, həm də ölüm sayının mümkün qədər az olmasında böyük uğurlar əldə olunub. Bu tədbirlərin başlıca prinsipini yoluxmanın qarşısını alınması və epidemiyanin qısa müddət ərzində bitməsi təşkil edir. Bütün bunların əsasında sosial təcrid tədbirləri dayanır. Sosial təcridin günümüzdə rolu əvəzedilməzdir.
Sosial təcrid nədir? Sosial məsafənin rolu nədən ibarətdir?
Ümumiyyətlə koronovirusun yayılaraq geniş vüsət aldığı gündən bəri sosial təcrid və sosial məsafənin necə qorunması hər kəsin marağına səbəb olub. Bu qaydalara məhəl qoymayan bəzi insanlar bunun nə qədər vacib olduğunu bilsələr ona riayət edərək həm özlərini, həm də ətrafındakıları təhlükəyə atmazlar. Son vaxtlar buna dair həm insanlar arasında aparılan maarifləndirmə işləri, həm də televiziya, radio və sosial mediada edilən çağırışlar insanlarin buna diqqət etmələrinə səbəb olur. Bu barədə hazırlanan şüarlar, yayımlanan reklamlar belə sosial təcridin nə qədər önəmli olmasına işarə edir. Sosial təcrid və insanlar arasindakı sosial məsafə əsasən hava-damcı infeksiyalarının yayılmasının qarşısına almağa imkan verir. Sosial təcrid insanın özünü qoruması üçün sosial cəmiyyətdən müvəqqəti olaraq tam və ya hissəvi şəkildə uzaqlaşmasıdır. Xüsusən insanların çox sıx olduğu yerlərdə, ictimai nəqliyyatda, ticarət obyektlərində, əyləncə məkanlarında, restoranlarda, təhsil və xüsusilə səhiyyə ocaqlarında daha diqqətli olmaq lazımdır. Bildiyimiz kimi xəstəliyin inkubasion dövründə heç bir kliniki əlamətləri olmur. Buna görə də həmin şəxslər onunla təmasda olan istənilən sağlam insanı yoluxdura bilər. Bir çox hallarda xəstəlik asimptomatik, yəni simptomsuz keçə bildiyindən onu sağlam insandan ayırmaq çətindir. Ona görə zahirən sağlam görünən şəxs daha təhlükəli ola bilər.
Koronavirusdan necə qorunaq?
Koronavirus hava-damcı infeksiyalarına aid olduğu üçün COVID-19 xəstəliyinin kliniki əlamətlərinin hər hansı birini (qızdırma, öskürək, nəfəs darlığı, halsızliq) özündə hiss edən hər bir kəs həmən özünü ətrafdakılardan təcrid etməlidir. Belə şəxslər ən azi 14 gün evdən çıxmamaq şərti ilə karantin qaydalarına riayət etməlidir. Bu müddətdə həmin şəxslər nəzarət altında olmalı, ətrafındakı insanları yoluxdurmamaq üçün yaxın hər hansı bir təmasdan qaçmalıdır. Onların qaldığı otağın havası tez-tez dəyişdirilməlidır. Əgər bu müddətdə xəstənin vəziyyəti pisləşərsə təcili həkimə müraciət olunmalıdır. Ümumiyyətlə sosial təcridzamanı insanlar ərzaq və tibbi ehtiyaclar xaricində evdən çıxmamalı, maskadan istifadə etməli, bacardığı qədər heç kəslə yaxın təmas qurmamalıdır. İnsanların buna əməl etməsi sayəsində həm yoluxmanın qarşısı alınar, həm də daha qısa műddətdə xəstəlik aradan qaldırılaraq hər kəs əvvəlki normal həyatına qayıda bilər. Bununla biz həm dövlətimizin apardığı tədbirlərə, həm də tibb işçilərinin xəstəliklə mübarizəsinə dəstək vermiş olarıq.